İtaliyanın “Bolonya” klubunun baş məşqçisi Sinişa Mihayloviç ağır xəstəliyə tutulub.
Qol.az xəbər verir ki, 50 yaşlı serbiyalı mütəxəssisdə qan xərçəngi aşkarlanıb. O, bunu ötən gün təşkil olunan xüsusi mətbuat konfransında açıqlayıb. Mihayloviç xəstəliyə qalib gələcəyinə inandığını bildirib:
“Məni uzun və çətin müalicə gözləyir. Amma təslim olmayacam və bu mübarizədən qalib ayrılacağıma inanıram. Bunu öz ailəm, mənə inananlar üçün edəcəm. Son günlərdə təxminən 600-700 dəstək məktubu almışam. Amma onları cavablandırmaq imkanım olmayıb. Bu günlər ərzində öz-özümlə qalmaq istədim və xeyli düşündüm. Bunu etiraf etməkdən utanmıram ki, ağladım. Məni çətin mübarizə gözləyir, amma bunu qəbul etməyə hazıram”.
Mihayloviçin xəstəliyə baxmayaq, baş məşqçi kimi işini davam etdirəcəyi açıqlanıb. Onun “Bolonya” ilə müqavilə müddəti 2022-ci ilin yayına qədərdir.
"Yuventus"da ciddi itki
“Betis” İsko ilə müqaviləni yeniləyir
"Milan”ın futbolçusu derbi matçına qədər zədəsini sağaltdı
"Cəbrayıl"ın 7 qolluq qələbəsi - Video
Ronaldonun tarixi rekordunu yenilədi
“Bavariya”nın qapıçısı karyerasını başa vurur
Tomas Müller gələcəyi ilə bağlı qərarını verdi
Baş məşqçi Ülvi Babayevin oyun performansından danışdı
“Zaqatala”, “Mingəçevir” və “Cəbrayıl”dan qələbə
"Kəpəz" ev oyunlarını Yevlax şəhər stadionunda keçirəcək
Jordi Alba “Barselona”dan ayrılma səbəbindən danışdı
“Pley-off”un püşkü atıldı - DÇ-2026
Asim Xudiyev Konfrans Liqasının matçında
DÇ-2026: Qitələrarası pley-offun püşkü atıldı
"Bavariya" qərarını verdi
Millimiz Bolqarıstana uduzdu
İki güləşçimiz İslamiadanın finalında