"Qalatasaray"ın sabiq futbolçusu "Fənərbaxça"da

"Qalatasaray"ın sabiq futbolçusu "Fənərbaxça"da
DÜNYA FUTBOLU 13 İyul 2019 / 11:45 4164
-  A +

"Fənərbaxça" növbəti transferini gerçəkləşdirib.

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, İstanbul təmsilçisi Səudiyyə Ərəbistanının "Əl İttihad" klubundan Qari Rodriqesi heyətinə qatıb. Kabo-verdeli yarımmüdafiəçi qarşıdakı 2 mövsümü icarə əsasında "sarı-lacivərdli" komandada keçirəcək. "Fənərbaxça" 28 yaşlı futbolçunu birdəfəlik transfer etmək hüququna da sahibdir. Təcrübəli oyunçuya görə qarşı tərəfə təzminat ödənilməyib.

Qeyd edək ki, Rodriqes 2017-ci ilin qışından 2019-un yanvar ayına kimi "Qalatasaray"da çıxış edib.


Son xəbərlər