"Rəqibin gücünün şahidi olduq. Azarkeşlər üçün maraqlı oyun alındı".
Qol.az xəbər verir ki, bu sözləri "Səbail"in baş məşqçisi Aftandil Hacıyev Avropa Liqasının I təsnifat mərhələsində "Universitatya" ilə Bakıda keçirilən görüşdən (2:3) sonra deyib.
O, məğlubiyyəti belə şərh edib: "Rəqib həm daha keyfiyyətli futbolçulara malikdir, həm də komplektləşmə bizdəki kimi deyil. Buna baxmayaraq, yaxşı mübarizə apardıq. Sadəcə olaraq, rəqib futbolçuların fərdi ustalığı öz sözünü dedi. Bu gün günahkar axtarmırıq. Sadəcə olaraq, səbəbləri deməliyəm. Oyunçularımızın fiziki durumu lazımı səviyyədə deyil. Yorulduqdan sonra konsentrasiya itməyə başlayır. Bu gün rəqib daha hazırlıqlı idi. "Səbail" gənc klubdur və stabil büdcəyə malikdir. Ancaq gələcəkdə büdcə artsa, daha yüksək səviyyəli oyunçular götürə bilərik. Demirəm ki, əlimizdə olanlar keyfiyyətsizdir. Sadəcə, heyəti daha da gücləndirə bilərik. İndi Mirabdulla Abbasovdan heç nə gözləmirik. Komandaya gec qoşulub. Hazırda onunla rəqabət aparacaq futbolçu yoxdur. Bu, problemdir. İstərdik ki, bəzi mövqelərdə rəqabəti artıraq".
Hacıyevin sözlərinə görə, "Səbail"in cavab matçında geridönüş etməsi çətin olacaq: "Oyuna müdaxilə etməkdə gecikdiyimizi düşünmürəm. İki və üçüncü qol ard-arda gəldi. Ağabala Ramazanova çempionatda da hücumda şans vermişik. Bu gün pis alınmadı. Amma rəqib topa sahib olmaq baxımından üstün idi. Futbolçularımız bilməlidilər ki, səfərdə çətin olacaq. Cavab matçında geridönüş etməyimiz çətin görünür. Səfərdə planımız gerçəkləşərsə, 2:0 hesabı ilə qalib gələ bilərik. Amma yenə də deyirəm ki, bu, çətin məsələdir. Bu gün "Səbail" ilə "Universitatya Krayova"nı müqayisə etmək hələ tezdir. Ancaq bu məqam bizi ruhdan salmır. Sürpriz hər zaman mümkündür".
Hacıyev yarımmüdafiəçi Maykl Essyenin zəif çıxışına da münasibət bildirib: "Bu gün Essyenin "Çelsi"də, "Real"da oynayan vaxtı deyil. O, iki ay yarım əvvəl komandamıza gəlib. Bundan öncə isə il yarım futbol oynamayıb. Essyenə görə kiminsə bizi varlı klub qismində qələmə verməsi normaldır. Ancaq reallıq fərqlidir. Essyenin hansı vəziyyətdə olmasını biz yaxşı bilirik".
"Bavariya" Noyeri itirdi
"Milan"da yeni müqavilə
Messinin rekordunu qırdı
Zubirin yubiley oyunu
“Arsenal” Bundesliqada çıxış edən qapıçı ilə maraqlanır
"Real" bəzi futbolçuları ilə sağollaşmağa hazırlaşır
İngiltərə klubunda yeni antirekord
“Qarabağ”dan möhtəşəm qələbə - Video
"Mançester Siti"dən inamlı qələbə, Haaland dubl etdi
Türkiyədə baş məşqçi klubu tərk edir
“Kadinin yoxluğu təsirsiz ötüşmür” - Qurban Qurbanov
Azərbaycanın dünya boksunda 8-ci qızılı
“Kəpəz” “Qəbələ”yə, “Qarabağ” “Araz-Naxçıvan”a qalib gəldi
Qurbanova GÖZƏL dəstək
"Milan" liderlik yolunda büdrədi
"Barselona" klubu ərəb şahzadəsinə satıla bilər
La Liqada oyun təxirə salındı
Tahir Gözel Əkbərlə görüşdü
"Hər halda bizim avrokuboklara vəsiqə qazanmağımızı gözləmirsiniz" - Kaxaber Sxadadze
"Qarabağ" - "Araz-Naxçıvan": Heyətlər açıqlandı
Viktor Qonçarenko milli komandanın baş məşqçisi olacaq
"Zirə"nin futbolçusu Afrika Millətlər Kubokuna gedir
Müharibə bitməsə, beynəlxalq yarışlara buraxılmayacaqlar
"Bu məğlubiyyət bizi sarsıtmayacaq" - Ceyhun Nuriyev
"Kəpəz" - "Qəbələ": Heyətlər açıqlandı