Volkov fərdi, Ramaldanov komanda ilə məşq etdi

Volkov fərdi, Ramaldanov komanda ilə məşq etdi
ÖLKƏ FUTBOLU 10 İyul 2019 / 00:28 2297
-  A +

Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “Qəbələ” 2019-2020-ci illər mövsümünün hazırlıqlarını davam etdirir.

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, "qırmızı-qaralar" hazırlıq prosesinin altıncı gününü arxada qoyub. Komanda günü iki məşqlə yekunlaşdırıb. Futbolçular hər iki məşq zamanı əsasən toplu çalışmaları yerinə yetiriblər.

Bərpa prosesi keçən Davit Volkov fərdi hazırlıqla kifayətlənib. Zədədən sonrakı bərpa dövrünü başa vuran Rasim Ramaldanov isə komandaya qoşularaq, kollektiv çalışmalarda iştirak edib.

Daha çox


Son xəbərlər