Albaniyalı futbol mütəxəssisi Şpetim Duro yerli klubların avrokuboklardakı şansını dəyərləndirib.
Qol.az-ın "panoramasport" nəşrinə istinadən yaydığı xəbərə görə, 59 yaşlı məşqçi sabiq komandası "Partizani" haqda da danışıb. O, Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində "Qarabağ"la qarşılaşacaq Tirana təmsilçisinin işinin çətin olduğunu söyləyib:
"Məncə, "Teuta" və "Kukesi" ilə müqayisədə, "Partizani"nin işi asan olmayacaq. Onların "Qarabağ"ı keçməsi çox çətin görünür. Tiranadakı ilk oyundan maksimum yararlanmalıdırlar. Çünki bu cür turnirlərdə ev qarşılaşmaları çox vacib amildir".
Təcrübəli mütəxəssis "Partizani"nin hazırlıq səviyyəsindən də söz açıb: "Skender Qeqinin gedişindən sonrakı dəyişikliyi müsbət dəyərləndirmirəm. Ancaq klub rəhbərliyi öz seçimini edib və komandanı italiyalı mütəxəssisə tapşırıb. Yeni baş məşqçinin hazırlıq müddətində komandanı tanımaq üçün kifayət qədər vaxtı oldu. Hətta fürsət tapıb, 2-3 futbolçu da transfer etdilər".
Qeyd edək ki, "Qarabağ"la "Partizani" arasında ilk oyun iyulun 10-da Tiranda keçiriləcək və Bakı vaxtı ilə saat 19:30-da başlayacaq. Cavab matçı isə bir həftə sonra paytaxtımızda olacaq. "Dalğa Arena"dakı görüş yerli vaxtla 21:00-da start götürəcək.
“Fənərbaxça” xal itirdi
“Barselona” səfərdə darmadağın edildi - Video
“Şamaxı” 3 xalı 1 qolla qazandı - Video
“Səhvlərimizi etiraf edirik“ - Kaxaber Sxadadze
“Sabah”ın oyunçusunun bel sümüyü sındı
Ayxan Abbasov: “Fasilə dönəmi ilə bağlı planlarımız var“
“Eyüpspor” Selçuk Şahinlə yollarını ayırdı
“Yuventus” Kənan Yıldızla yeni müqavilə imzalayır
“Sabah” və “Şamaxı” səfərdən 3 xalla qayıdır
“Qalatasaray”ın müdafiəçisi 3-4 həftə oynaya bilməyəcək
“Sabah”ın səfər qələbəsi - Video
Valdas Dambrauskas: “Oyunboyu dominant tərəf biz idik“
Mbappe Azərbaycan millisi ilə oyunu buraxa bilər
Qəbələdə heyətlər açıqlandı
Noyer Müllerin rekorduna şərik oldu
Millimizin Avropa çempionatı üçün yekun heyəti
Arne Slotdan antirekord
"Karvan-Yevlax" - "Sabah": Heyətlər