Qurban Qurbanov: “Metallurq” layiqli rəqib idi”

Qurban Qurbanov: “Metallurq” layiqli rəqib idi”
ÖLKƏ FUTBOLU 9 İyul 2010 / 12:26 2410
-  A +

"Cütün qalibi olsaq da, həqiqətən "Metallurq" layiqli rəqib idi. Amma Bakıda bəxtləri gətirmədi. Biz isə cütün taleyini demək olar ki, ilk oyunda həll etmişdik". Qol.Az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
Dünən Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Makedoniyada yerli “Metallurq”la oyundan (1:1) sonra keçirilən mətbuat konfransında ağdamlıların çalışdırıcısı daha sonra bunları əlavə edib: "Rəqibin üstümüzə gələcəyini bilirdik. Bunun üçün əks-hücum taktikasını seçmişdik və bu, öz bəhrəsini verdi. Rəqibin isə sadəcə təcrübəsi yetmədi. Onlara daxili yarışlarda uğurlar arzulayıram".

Daha çox


Son xəbərlər