"Atletiko" braziliyalı müdafiəçi aldı - rəsmi

"Atletiko" braziliyalı müdafiəçi aldı -  rəsmi
DÜNYA FUTBOLU 3 İyul 2019 / 14:26 2758
-  A +

"Atletiko" heyətinə yeni futbolçu cəlb edib.

Qol.az klubun saytına istinadən xəbər verir ki, Madrid təmsilçisi "Portu"dan Felipe Monteyronu alıb.

30 yaşlı müdafiəçi ilə bu gün 3 illik müqavilə imzalanacağı bildirilib. "Atletiko" bu keçid üçün qarşı tərəfə 20 milyon avro ödəyib.

Qeyd edək ki, Braziliya millisinin üzvü 2016-cı ildə "Korintians"dan "Portu"ya keçmişdi.


Son xəbərlər