"Qarabağ"ın rəqibindən qələbə

"Qarabağ"ın rəqibindən qələbə
DÜNYA FUTBOLU 2 İyul 2019 / 14:47 2330
-  A +

"Qarabağ"ın Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi "Partizani" yoxlama oyunu keçirib.

Qol.az xəbər verir ki, Tirana təmsilçisi Polşanın yüksək liqasında çıxış edən "Krakoviya" klubu ilə qarşılaşıb. Görüş albaniyalıların minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 74-cü dəqiqədə Lukas Kardoso vurub.

Qeyd edək ki, "Qarabağ"la "Partizani" arasında ilk matç iyulun 10-da Albaniyada olacaq və Bakı vaxtı ilə 19:30-da başlayacaq. Cavab qarşılaşması isə 1 həftə sonra paytaxtımızda keçiriləcək. "Dalğa Arena"dakı görüş yerli vaxtla 21:00-da start götürəcək.

Son xəbərlər
18.04.25  22:46

"Yamal Messi deyil"

18.04.25  11:52

Messi gələcəyi haqda