Vladislav Qədirov: “Cahangir Həsənzadə bizə lazım deyil”

XƏBƏR 23 Yanvar 2009 / 19:53 2661
-  A +

“Qəbələ”nin sabiq qapıçısı Cahangir Həsənzadə özünə klub tapa bilmir. Türkiyənin birinci divizonunda çıxış edən bir neçə komandada baxışda olmuş millinin sabiq üzvü bəzi problemlərə görə geri dönüb. Onun “Muğan”a keçəcəyi gözlənilsə də, bu baş tutmayacaq. Bu haqda Qol.Az saytına Salyan klubunun baş məşqçisi Vladislav Qədirov deyib: “Cahangirin “Qəbələ” ilə problemi var. O, transfer vərəqini almayıb. Qarşı tərəf isə onu sərbəst buraxmaq üçün 20 min dollara yaxın pul istəyir. Bu səbəbdən onunla anlaşmayacağıq. Yəni, Cahangir  Həsənzadə bizə lazım deyil”.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi