Bu gün Belarusun paytaxtı Minskdə II Avropa Oyunlarına yekun vurulacaq.
Qol.az xəbər verir ki, son yarış günündə 2 güləşçimiz döşək üzərinə çıxıb. 87 kq çəkidə mübarizə aparan İslam Abbasov finalda ukraynalı Yan Belenyukla üz-üzə gəlib. 1:3 hesabı ilə uduzan pəhləvanımız gümüş medalla kifayətlənib.
130 kiloda yarışan Sabah Şəriəti isə ilk təsəlliverici görüşdə litvalı Romas Fridrikası üstələyib - 3:1. Onun bürünc medal uğrunda sonuncu rəqibi Oskar Marvik (Norveç) olub. 3:2 hesablı qələbə qazanan güləşçimiz bürünc medala sahib çıxıb.
Bununla da güləş üzrə yığmamızın Avropa oyunlarında qazandığı medalların sayı 10-a çatıb. Mahir Əmiraslanov (57 kq), Hacı Əliyev (65 kq), Mariya Stadnik (50 kq) qızıl, Nurməhəmməd Hacıyev (97 kq), Elmira Qəmbərova (62 kq), İslam Abbasov (87 kq) gümüş, Hacımurad Hacıyev (74 kq), Cəmaləddin Məhəmmədov (125 kq), Alena Kolesnik (57 kq) və Sabah Şəriəti (130 kq) bürünc medal qazanıblar.
Qurbanova GÖZƏL dəstək
Juninyo bu kluba satılır
Silva PSJ-nin baş məşqçisi olmaq arzusundadır
"Sabah" Tovuzdan 3 xalla qayıtdı - Video
Neymarın “Santos”la müqaviləsi ertələndi
FİFA Argentinanı DÇ-2026-dan uzaqlaşdıra bilər
Braziliya millisində Ançelotti dönəmi davam edəcək
“Şamaxı”nın qələbəsindən - Video
Premyer Liqanın ən sürətli qolunu vurdu
"Atletiko" doğma meydanda qələbə qazandı
“Bu səhvləri etməməli idik” - Kurban Berdiyev
"Şamaxı" "Zirə”yə, "Sabah" "Turan Tovuz"a qalib gəldi
Braziliyalı futbolçu karyerasını başa vurdu
Azərbaycan boksçusu dünya çempionu oldu
“Çelsi” bu dəfə niderlandlı futbolçunu hədəfə aldı