Oliqarx "Neftçi"nin rəqibinə 10 milyonadək pul ayırdı

Oliqarx "Neftçi"nin rəqibinə 10 milyonadək pul ayırdı
XƏBƏR 28 İyun 2019 / 10:00 5195
-  A +

Avropa Liqasının 2-ci təsnifat mərhələsində "Neftçi"nin potensial rəqibi olan Rusiyanın "Arsenal" klubu böyük məbləğdə maliyyə dəstəyi alıb.

Qol.az  xəbər verir ki, özbək mənşəli oliqarx Alişer Usmanov Tula təmsilçisinə 600 milyon rubl (bugünkü kursla 9 milyon 500 min dollar) bağışlayıb.

Rusiyalı iş adamının nümayəndəsi yerli mətbuata açıqlamasında məlumatı təsdiqləyib. Usmanovun daha əvvəl də "Arsenal"a maddi dəstək olduğu bildirilir.

Qeyd edək ki, "Neftçi" birinci mərhələdə Moldovanın "Sperantsa" klubunu keçsə, ikinci mərhələdə "Arsenal"a rəqib olacaq.

Daha çox


Son xəbərlər