"Mançester Yunayted"dən transfer

"Mançester Yunayted"dən transfer
DÜNYA FUTBOLU 28 İyun 2019 / 01:39 5092
-  A +

"Mançester Yunayted" heyətinə yeni futbolçu cəlb etmək üzrədir.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, "qırmızı şeytanlar" "Kristal Pelas"ın müdafiəçisi Aaron Van-Bissakın transferini elan etməyə yaxındır. 21 yaşlı oyunçunun İngiltərə klubunda artıq tibbi müayinədən keçdiyi bildirilib. Onunla 24 saat ərzində rəsmi müqavilə imzalanacağı gözlənilir.

Qeyd edək ki, bu transfer üçün "MY"nın 50 milyon funt sterlinq ödəyəcəyi iddia olunur.


Son xəbərlər