"Qəbələ"nin daha bir rəqibi bilindi

"Qəbələ"nin daha bir rəqibi bilindi
ÖLKƏ FUTBOLU 27 İyun 2019 / 17:30 2424
-  A +

İyulun 4-dən 18-dək Türkiyənin Bolu bölgəsində təlim-məşq toplanışında olacaq "Qəbələ"nin daha bir rəqibi məlum olub.

Klubun baş meneceri Zaur Əzizovun Qol.az-a verdiyi məlumata görə, "qırmızı-qaralar" ikinci sınağında Ukraynanın "Vorskla" klubu ilə qarşılaşacaq. Görüş iyulun 11-də keçiriləcək.

Qeyd edək ki, "Qəbələ" Türkiyədəki ilk yoxlama oyununu da Ukrayna təmsilçisinə qarşı keçirəcək. İyulun 7-dəki rəqib "Mariopul"dur. Sonuncu - iyulun 17-dəki rəqibin adına isə yaxın günlərdə aydınlıq gələcək.

Daha çox


Son xəbərlər