"Rəqiblərimə çox çətinliklə qalib gəldim. Sözsüz ki, onları daha asan məğlub etmək istərdim".
Bunu sərbəst güləş üzrə Azərbaycan millisinin güləşçisi Hacı Əliyev deyib.
65 kq çəki dərəcəsində mübarizə aparan üçqat dünya və üçqat Avropa çempionu "Minsk 2019" II Avropa Oyunlarında finala yüksəlməsini şərh edib. O bildirib ki, hər görüşün öz çətinliyi var: "Qismətdən elə oldu ki, bu gün iki erməniyə qalib gəldim. Səhərdən ikinci erməniyə də qalib gəlsəm, mənim üçün maraqlı olacağını düşünürdüm. Bunu düşünə-düşünə ona qalib gəldim".
Əliyev artıq qarşıdakı final oyunlarını düşündüyünü əlavə edib: "Mənim üçün indi vacib qarşılaşma finalda gürcü idmançı ilədir. O, olimpiya çempionudur, iki-üç dəfə ona uduzmuşam. Güclü idmançıdır, çalışacağam ki, bu dəfə qalib gəlim"
Titullu pəhləvan finala yüksəlməsini Azərbaycanın Silahlı Qüvvələrinə həsr etdiyini də deyib: "Çalışıram ki, rəqiblərimə xal verməyim. Əksinə, özüm daha çox xal qazanım. Çox şükür ki, məndən xal alsalar da, sonda qalib gələ bildim. Ancaq məndən çox enerji aldılar. Bu gün gözəl gündür, Silahlı Qüvvələri günüdür. İki erməni idmançıya qalib gəldiyim üçün, qələbəni də hərbçilərə həsr edirəm".
Qeyd edək ki, ilk qarşılaşmasında ermənistanlı Valodya Franqulyana qalib gələn Hacı Əliyev ardınca belaruslu Georgi Koliyev və ukraynalı Hor Ohanesyandan da güclü olub. O, finalda Gürcüstan təmsilçisi Vladimir Xinçeqaşvili ilə üz-üzə gələcək (Report).
Qurbanova GÖZƏL dəstək
Juninyo bu kluba satılır
Silva PSJ-nin baş məşqçisi olmaq arzusundadır
"Sabah" Tovuzdan 3 xalla qayıtdı - Video
Neymarın “Santos”la müqaviləsi ertələndi
FİFA Argentinanı DÇ-2026-dan uzaqlaşdıra bilər
Braziliya millisində Ançelotti dönəmi davam edəcək
“Şamaxı”nın qələbəsindən - Video
Premyer Liqanın ən sürətli qolunu vurdu
"Atletiko" doğma meydanda qələbə qazandı
“Bu səhvləri etməməli idik” - Kurban Berdiyev
"Şamaxı" "Zirə”yə, "Sabah" "Turan Tovuz"a qalib gəldi
Braziliyalı futbolçu karyerasını başa vurdu
Azərbaycan boksçusu dünya çempionu oldu
“Çelsi” bu dəfə niderlandlı futbolçunu hədəfə aldı
"Məğlubiyyətdən nəticə çıxaracağıq" - Rəşad Sadıqov
Zidan "Real"a qayıdacaq, ya yox?
"Turan Tovuz" - "Sabah": Heyətlər
Arda Gülerin bazar qiyməti 60 milyon avro artıb