Rail Məlikov “Neftçi”nin “Otselul”a məğlubiyyətinin səbəblərini açıqladı

Rail Məlikov “Neftçi”nin “Otselul”a məğlubiyyətinin səbəblərini açıqladı
ÖLKƏ FUTBOLU 8 İyul 2010 / 12:37 2175
-  A +

Azərbaycan millisinin və “Neftçi”nin müdafiəçisi Rail Məlikovun paytaxt klubunun rəsmi internet saytına müsahibəsi

- Avtriyadakı təlim-məşq toplanışı necə keçir?
- Bildiyiniz kimi, biz iyulun 1-də buraya gəldik. 2 gün sonra isə ilk hazırlıq matçında "Beşiktaş"la qarşılaşdıq. Həmin oyuna qədər Avstriyada artıq bir neçə dəfə məşq etmişdik. Türkiyə klubu ilə görüşdə rəqibdən heç bir opponentdə geri qalmadıq. Yəni az müddət məşq etsək də, bunun bəhrəsini gördük. Bir sözlə təlim-məşq toplanışı yüksək səviyyədə davam edir.
- İkinci hazırlıq matçında komandamız Rumıniya təmsilçisi "Otselul "a məğlub oldu. Böyükhesablı məğlubiyyətə səbəb nə idi?
- Rumıniya klubu ilə görüşdə istənilməyən halla qarşılaşdıq. Oyunun başlamasına az bir vaxt qalmış bizə bldirdilər ki, hakimlər briqadası Rumıniyadandır. Təbii ki, görüş başlayan kimi rumın hakimlər "Otselul"un kobud futboluna göz yumaraq tərəfkeşlik etməyə başladı. Hətta buna dözməyən Rəşad Abdullayev etiraz etdikdə, ona qırmızı vərəqə göstərdilər. İlk qolun vurulmasından əvvəl qayda pozuldu, ancaq hakimin fiti susurdu. İkinci qolda isə penaltidən söhbət belə gedə bilməzdi. Çünki qayda pozuntusu cərimə meydançasının 2 metrdən çox kənarında idi. Məhz ilk dəqiqələrdə baş verən bu hadisələr oyunumuza təsirsiz ötüşmədi. Üçüncü qolu isə rəqibi cəzalandırmağa yaxın olarkən buraxdıq. Baş məşqçi Arif Əsədov bu görüşdə heyətimizdə yer alan bütün gənc futbolçulara şans verdi. Onlar güclü rəqibə qarşı özünü yaxşı tərəfdən göstərdi. Ümumiyyətlə, "Otselul"la görüşdən sonra baş məşqçi Arif Əsədov bizə hazırlıq görüşlərində məğlubiyyətlərin vacib olmadığını və bunun bir növ zəif nöqtələrimizi görmək baxımından lazımlı olduğunu bildirdi.
- Növbəti hazırlıq oyununda hansı komanda ilə görüşəcəksiniz?
- Üçüncü hazırlıq matçımızı da Rumıniya təmsilçisinə qarşı keçirəcəyik. İyulun 9-da bu ölkənin ən güclü komandalarından biri, Çempionlar Liqasının qrup mərhələsində adından söz etdirən "ÇFR Kluj"la qarşılaşacağıq. Düşünürəm ki, belə güclü komandalarla qüvvəmizi sınamağımız bizim xeyrimizədir.

Daha çox


Son xəbərlər