"Səbail"dən növbəti transfer

"Səbail"dən növbəti transfer
ÖLKƏ FUTBOLU 23 İyun 2019 / 13:47 3889
-  A +

Ölkəmizi Avropa Liqasında təmsil edəcək “Səbail” daha bir futbolçunu heyətinə cəlb edib.

Qol.az klubun rəsmi Feysbuk səhifəsinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi ötən mövsümü “Zirə”də keçirmiş Bilal Həmdi ilə müqavilə imzalayıb. Əlcəzairli yarımmüdafiəçinin sözləşməsinin müddəti açıqlanmayıb.

Qeyd edək ki, “Səbail” buna qədər  Kamal Bayramov, Dilan Duventru, Turan Manfov, Urfan Abbasov,   Daniel Bojinovski və  Mirabdulla Abbasovu da transfer edib.

Daha çox


Son xəbərlər