İtaliyanın "Kalyari" klubundan ayrılan və futbolçu karyerasını başa vurmağa hazırlaşan Dario Srna "Şaxtyor"a qayıdıb.
Qol.az-ın Ukrayna klubunun rəsmi saytına istinadən yaydığı xəbərə görə, 37 yaşlı xorvatiyalı sabiq komandasında məşqçi işləyəcək. Veteran futbolçu yeni baş məşqçi Luiş Kaştrunun köməkçilərindən biri təyin olunub.
Qeyd edək ki, 2003-2018-ci illərdə "Şaxtyor"da çıxış edən Srna Donetsk təmsilçisi ilə 10 dəfə Ukrayna çempionu olub, 8 dəfə ölkə kuboku və superkubokunu, 1 dəfə isə UEFA kubokunu qazanıb.
Arteta, Qvardiola...
Avropa Liqasında 16 oyun
Prezident “Qarabağ”ı təbrik etdi
Oyunun ən yaxşısı Elvin oldu
"Qarabağ" dastan yazır! - 2:0
Bernardo Silva transfer xəbərlərinə cavab verdi
Mourinyo Diasın transferini istəyir
Xulian Alvares “Atletiko”da qalacağını açıqladı
İlin ən yaxşı futbolçusu seçildi