"Səbail" legioneri ilə müqaviləni uzatdı

"Səbail" legioneri ilə müqaviləni uzatdı
ÖLKƏ FUTBOLU 20 İyun 2019 / 00:20 2576
-  A +

"Səbail" daha bir futbolçusu ilə müqaviləni yeniləyib.

Qol.az klubun rəsmi saytına istinadən xəbər verir ki, yarımmüdafiəçi Yevgeni Koçuk komandada qalıb. Moldova millisinin üzvü ilə 1 illik müqavilə imzalanıb. 26 yaşlı yarımmüdafiəçi 2018-ci ilin yanvarından paytaxt klubunda çıxış edir.

Qeyd edək ki, "Səbail" Koçukdan əvvəl Rahid Əmirquliyev, Vüqar Bəybalayev, Ağabala Ramazanov, Şəhriyar Rəhimov və Aleksandr Rıbka ilə yeni sözləşmə bağlamışdı.

Daha çox


Son xəbərlər