Qurban Qurbanov: “Müdafiədə oturacağımızı düşünməyin”

Qurban Qurbanov: “Müdafiədə oturacağımızı düşünməyin”
ÖLKƏ FUTBOLU 7 İyul 2010 / 15:57 2350
-  A +

Bu gün Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində sabah baş tutacaq “Metallurq” – “Qarabağ” matçına həsr olunmuş mətbuat konfransı keçirilib. Qol.Az-ın Ağdam klubunun rəsmi saytına istinadən məlumatına görə, Makedoniyada keçirilən konfransa ilk olaraq “Qarabağ”ın nümayəndələri qatılıb. Baş məşqçi Qurban Qurbanovla yanaşı, kapitan Aslan Kərimov və müdafiəçi Maksim Medvedevin də iştirak etdiyi mətbuat konfransında ilk olaraq çıxış edən ağdamlıların çalışdırıcısı bu məqamları vurğulayıb: “Bu hesab heç də futbolçularımın meydana rahat çıxacağına əsas vermir. Rəqibi qiymətləndiririk və güclü olduğunu düşünürük”.
Müdafiə xəttindəki problemlərdən danışan Qurbanov bu haqda belə deyib: “Müdafiədəki zədəli və cəzalı futbolçuların yerini digər futbolçularımızla dolduracağımıza inanıram. İnşallah, sabahkı oyunda Maksim də start heyətində meydana çıxacaq ki, bu, bizi sevindirməyə bilməz”.
Aslan Kərimov ilk oyunun 4:1 olmasına baxmayaraq, onları heç də asan cavab matçı gözləmədiyini bildirib. Rəqib azarkeşlərin daha da ruhlandıracağı “Metallurq”un cavab oyununa daha istəkli və qələbə əzmi ilə çıxacağını və futblçularımızın bunu dərk etdiyini söylədi: “Oyunun həddən artıq çətin keçəcəyini düşünürəm. Amma 90 dəqiqənin sonunda biz turu keçən komanda olacağıq”.
Maksim də Aslanın sözlərinə dəstək olub: “Rəqibin ilk dəqiqədən önə atılacağını bilirik. Bunun qarşılığında güclü müdafiə olunub, sürətli hücumlarla qol vuracağımızı düşünürəm. Hər iki oyunda qələbə qazanmaq istəyirik”.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi