Adeniyidən "Qəbələ" açıqlaması - Gedir, yoxsa qalır?

Adeniyidən "Qəbələ" açıqlaması - Gedir, yoxsa qalır?
ÖLKƏ FUTBOLU 17 İyun 2019 / 16:35 4476
-  A +

Ceyms Adeniyinin "Qəbələ"də qalıb-qalmayacağı hələ bilinmir.

Bu barədə Qol.az-a açıqlamasında nigeriyalı hücumçu özü məlumat verib. Əyalət klubu ilə müqaviləsinin olduğunu xatırladan futbolçu gələcəyi ilə bağlı yekun qərarını vermədiyini bildirib:

"Yeni mövsümdə harada olacağımı bilmirəm. "Qəbələ" ilə müqaviləm var. Ancaq başqa təkliflərim olsa, bunu klubla müzakirə edəcəyəm. Təklif alıb-almadığım barədə sizə heç bir söz deyə bilmərəm. Bu suala ancaq klubun meneceri cavab verə bilər".

Bir müddət öncə qaraciyərində problem aşkarlanan afrikalı hücumçu səhhətilə bağlı da danışıb. O, hər şeyin qaydasında olduğunu və artıq özünü yaxşı hiss etdiyini bildirib.

Qeyd edək ki, ötən yay "Qəbələ"yə gələn Adeniyinin "qırmızı-qaralar"la 2021-ci ilin yayına qədər müqaviləsi var. O, ötən mövsüm 10 qolla komandasının ən sərrast futbolçusu olub.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın