Bert van Marveyk: “Bizim fəxr etməyə haqqımız çatır”

Bert van Marveyk: “Bizim fəxr etməyə haqqımız çatır”
DÇ-2010 7 İyul 2010 / 12:26 2663
-  A +

“Mən hələ Hollandiya yığmasının baş məşqçisi təyin olunan zaman qarşımıza əsas vəzifə kimi dünya çempionatının qalibi olmaq qoyulub. Sevinirəm ki, artıq bunu yerinə yetirməyə çox yaxınıq”. Qol.Az-ın məlumatına görə, bunu Cənubi Afrika Respublikasında keçirilən dünya çempionatının ilk finalçısı olan Hollandiyanın baş məşqçisi Bert van Marveyk deyib.
Dünən keçirilən ilk yarımfinal oyununda Uruqvaya 3:2 hesabı ilə qalib gələn hollandlar 32 illik fasilədən sonra DÇ-nin finalına çıxdı. Marveyk buna görə yetirmələrinin fəxr etməyə haqlarının çatdığını düşünür. “Əvəzolunmaz hisslər keçirirəm. Razıyam ki, biz heç də ən yaxşı oyunumuzu keçirmədik. Ancaq ən əsası, qələbə qazandıq və finala çıxdıq. Oyuna yaxşı başladıq, qol vurduq. Ancaq sonradan təşəbbüsü rəqibə verdik. Fasilədən sonra yenidən oyuna nəzarət etdik. İntriqanı öldürmək üçün bir neçə əla şansımız var idi, ancaq bundan istifadə edə bilmədik. Az qala sonda bunun acısını çəkəcəkdik. Yaxşı ki, sonda hər şey bizim üçün yaxşı qurtardı”.


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi