PSJ-dən "Bayer"ə

PSJ-dən "Bayer"ə
DÜNYA FUTBOLU 14 İyun 2019 / 19:59 4189
-  A +

"Bayer" PSJ-nin futbolçusu Mussa Diabini transfer edib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Leverkuzen təmsilçisi 19 yaşlı hücumçu ilə 5 illik müqavilə imzalayıb.

Almaniya mətbuatı bu transfer üçün "Bayer"in 15 milyon avro təzminat ödəyəcəyini yazıb.

Qeyd edək ki, M.Diabi ötən mövsüm Fransa Liqasında 25 matçda 2 qol vurub, 6 qolun ötürməsini verib.


Son xəbərlər