Jaba “Bakı”ya Lüksemburq çempionu üzərində qələbə qazandırdı

Jaba “Bakı”ya Lüksemburq çempionu üzərində qələbə qazandırdı
XƏBƏR 7 İyul 2010 / 11:26 1875
-  A +

Avropa Liqasına və növbəti mövsümə Almaniyada hazırlaşanson ölkə kubokunun sahibi “Bakı” bu ölkədə keçirdiyi təlim-məşq toplanışı çərçivəsində növbəti sınaq matçına çıxıb. Qol.Az-ın məlumatına görə, paytaxt təmsilçisi Almaniyadakı hazırlıq prosesində keçirdiyi bu dəfəki görüşdən də qələbə ilə ayrılıb. “Stad de Frontier” stadionunda Lüksemburq çempionu “Jenes Eş”in qonağı olan komandamız 2:0 hesabı ilə qələbə qazanıb. “Zolaqlılar”ın bu qələbəsində əsas pay sahibi isə Jaba olub. İlk hissədə fərdi ustalıq və sürətli keçidi sayəsində hesabı açan braziliyalı hücumçu fasilədən sonra penalti zərbəsindən qol vurub. “Bakı”nın almaniyalı baş məşqçisi Vinfderd Şafer lüksemburqlularla görüşdə aşağıdakı futbolçulara şans verib:
23. Xalidu Sissoko, 4. Vadim Borets, 6. Dare Nibombe (3. Rafael Əmirbəyov), 8. Ernad Skuliç, 10. Joel Epalle (27. Bəxtiyar Soltanov), 12. Vyaçeslav Sofroni (11. Adnan Bərəkət), 20. Fabio Luis Ramim, 30. İbrahim Kargbo (21. Emin Cəfərquliyev), 32. Aleksey Savinov, 77. Aleksandr Soliç (16. Hacı Əhmədov), 85. Jaba
Qeyd edək ki, Avroliqada çıxış edəcək “Bakı” Bitburq şəhərindəki təlim-məşq toplanışında sonuncu yoxlama oyununu sabah Bundesliqa təmsilçisi “Köln”ə qarşı keçirəcək.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi