"Slovakiya İordaniya ilə yoldaşlıq oyunundan sonra Bakıya gəlib. Rəqib millimizdən bir gün artıq istirahət edib".
Bu sözləri Qol.az-a açıqlamasında futbol mütəxəssisi Yunis Hüseynov deyib. Millimizin Avro-2020-nin seçmə mərhələsində bu gün Bakıda Slovakiya seçməsi ilə keçirəcəyi oyun haqda danışan təcrübəli məşqçi komandamızda yorğunluq olacağını bildirib. Artıq digər yığmaların Azərbaycanla oyuna ciddi yanaşdığını söyləyən Y. Hüseynov bunun bizə çətinlik yaratdığını deyib:
"Bizdə ardıcıl oyunlar olanda ikinci matça tam hazırlaşa bilmirik. Yorğunluq olur. Bu, danılmaz faktdır. Slovakiya ilə görüşün ikinci hissəsində həmin yorğunluq özünü göstərə bilər. Digər tərəfdən, artıq rəqiblərimiz bizə qarşı daha ciddi hazırlaşırlar. Bundan əvvəl hansı komanda bizi düzgün qiymətləndirməyibsə, həmişə onlardan xal götürmüşük. Ancaq yerli saytlardan da oxuduğum qədərilə Slovakiya millimizlə matça ciddi yanaşır. Bu cür komandalarla oynamaq isə bizim üçün ağır olur. Slovakiya elə-belə komanda deyil ki, deyim, meydana çıxıb qələbə qazanacağıq. Düzdür, futbolçularımız meydana olduqca istəkli çıxacaqlar. İstərdim ki, bu gün xal götürsünlər. Amma çox çətin olacaq. Faiz nisbəti hardasa 85-in 15-ədir".
Hüseynov seçmə mərhələdə 3 gün öncə Macarıstana 1:3 hesabı ilə uduzduğumuz oyuna da toxunub: "Macarlarla 5 dəfə oynamışıq, hamısında uduzmuşuq. Son matça rəqib çox ciddi hazırlaşmışdı. Əslində Macarıstan da elə-belə komanda deyil. Məgər, biz onlardan güclüyük ki? Yığmamızın hər bir futbolçusu meydanda maksimum gücünü ortaya qoyur. Amma hansısa biri səhvə yol verən kimi rəqib bundan yararlanır. Macarıstanla oyunda da belə oldu. Onlar əllərinə düşən fürsəti qola çevirdilər, biz isə yararlana bilmədik. Düzdür,topu özümüzdə saxlayırdıq. Amma rəqib qapısı qarşısında təhlükə yarada bilmirdik. Macarların ustalıq səviyyəsi yüksəkdir. Bizim futbolçularda da ustalıq var. Amma bir yerə qədər. Yəni, bacardıqları budur. Təcrübəsizlik də öz sözünü deyir. Bir də standart vəziyyətlər ən yaralı yerimizdir. Həmişə kiməsə arxayın oluruq. Hamısı düşünür ki, filankəs topu götürəcək. Heç kim bir-birini sığortalamır. Futbolçu meydanda səhv edirsə, bu, onun təcrübəsindən qaynaqlanır".
Qeyd edək ki, bu gün "Bakcell Arena"da keçiriləcək Azərbaycan - Slovakiya oyunu saat 20:00-da başlayacaq.
"Yuventus"da ciddi itki
“Betis” İsko ilə müqaviləni yeniləyir
"Milan”ın futbolçusu derbi matçına qədər zədəsini sağaltdı
"Cəbrayıl"ın 7 qolluq qələbəsi - Video
Ronaldonun tarixi rekordunu yenilədi
“Bavariya”nın qapıçısı karyerasını başa vurur
Tomas Müller gələcəyi ilə bağlı qərarını verdi
Baş məşqçi Ülvi Babayevin oyun performansından danışdı
“Zaqatala”, “Mingəçevir” və “Cəbrayıl”dan qələbə
"Kəpəz" ev oyunlarını Yevlax şəhər stadionunda keçirəcək
Jordi Alba “Barselona”dan ayrılma səbəbindən danışdı
“Pley-off”un püşkü atıldı - DÇ-2026
Asim Xudiyev Konfrans Liqasının matçında
DÇ-2026: Qitələrarası pley-offun püşkü atıldı
"Bavariya" qərarını verdi
Millimiz Bolqarıstana uduzdu
İki güləşçimiz İslamiadanın finalında
Elxan Abdullayevdən 1:6 hesablı məğlubiyyətə şərh
"Şahdağ Qusar" iki transfer etdi
"Prezident seçilsəm, ilk işim Messiyə zəng etmək olacaq"