Məşqçisi Geryedən narazıdır

Məşqçisi Geryedən narazıdır
DÜNYA FUTBOLU 9 İyun 2019 / 18:27 4842
-  A +

Haiti millisinin baş məşqçisi Mark Kollat Donald Geryenin fiziki hazırlığından narazıdır.

Qol.az-ın yerli mətbuata istinadən yaydığı xəbərə görə, KONKAKAF "Gold cup 2019" turniri üçün yığmanın düşərgəsində olan "Qarabağ"ın müdafiəçisinin hazırkı durumu 69 yaşlı mütəxəssisi qane etmir. Təcrübəli çalışdırıcı mayın 11-dən istirahətdə olan 30 yaşlı futbolçunun fiziki baxımdan hazır olmadığını söyləyib:

"Geryedən necə istifadə edəcəyimi hələ bilmirəm. Formada olanda, çox yaxşı təsir bağışlayır. Amma mayın 11-dən istirahətdədir və bu da onun hazırkı durumuna təsir edir".

Qeyd edək ki, iyunun 16-da ABŞ-da startı veriləcək turnirdə Haiti yığması B qrupunda Kosta Rika, Nikaraqua və Bermuda ilə mübarizə aparacaq.

Son xəbərlər