Ruslan Abışov: “Beşiktaş”la oyunda qələbə qazana bilərdik”

XƏBƏR 6 İyul 2010 / 15:38 1874
-  A +

“Avtriyada ilk yoxlama görüşünü iyulun 3-də “Beşiktaş”a qarşı keçirdik. Rəqibin adlı-sanlı olmasına baxmayaraq, komandanın üzvlərində heç bir həyacan hissi yox idi”. Qol.Az-ın məlumatına görə, bu sözləri “Neftçi”nin və millimizin müdafiəçisi Ruslan Abışov deyib.
O, paytaxt klubunun rəsmi saytına açıqlamasında daha sonra bunları vurğulayıb: “Baş məşqçi Arif Əsədov matçdan öncə bizə rəqibin ulduz futbolçularından çəkinməməyi tapşırdı. Düzdür, İstanbul klubunun heyətində yüksək səviyyəli futbolçular yer alır, ancaq biz öz oyunumuz haqqında düşünürdük. Mən düşünürəm ki, komandamız bu oyunda qələbə qazana bilərdi. Sadəcə görüşün sonlarına yaxın azarkeş dəstəyini arxasına alan "Beşiktaş" təzyiqi daha da artırdı və hesabı bərabərləşdirdi. Fərqləndiyim epizoda gəlincə, top ayağıma çox rahat oturdu və mən qüvvətli zərbə ilə onu tora daxil etdim. Təəssüflər olsun ki, ikinci hissədə türkiyəli futbolçular sərt və kobud futbola üstünlük versələr də, hakimin fiti bir çox epizodlarda susurdu".

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi