Moldova “Olimpiya”sı artıq Lənkərandadır

Moldova “Olimpiya”sı artıq Lənkərandadır
ÖLKƏ FUTBOLU 6 İyul 2010 / 15:10 2262
-  A +

“Xəzər Lənkəran”ın Avropa Liqasının ilk təsnifat mərhələsindəki rəqibi Moldova “Olimpiya”sı artıq Azərbaycandadır. Qol.Az-ın məlumatına görə, komanda Bakıya bu gün bu səhər 07:50-də Kiyevdən uçan təyyarə ilə gəlib. Moldovalılar Bakıdan birbaşa Lənkərana yollaniblar. Artıq bu gün axşam onlar üçün ayrılan bazada “Olimpiya”nın ilk məşqə çıxacağı gözlənilir. Sabah günün birinci yarısında “Olimpiya” nəzəri məşğələ keçəcək, axşam isə komanda yenidən stadionda məşq edəcək.
Qeyd edək ki, “Xəzər Lənkəran”la “Olimpiya” arasındakı cavab qarşılaşması iyulun 8-i Lənkəran şəhər stadionunda yerli vaxtla saat 21:00-da start götürəcək. Moldovanın paytaxtı Kişinyov şəhərində iyulun 1-də keçirilən oyun isə 0:0 hesabı ilə nəticələnib.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi