“Boşandığın arvada sadiq qalmalısan?!” – Sarri "Napoli" haqda

“Boşandığın arvada sadiq qalmalısan?!” –  Sarri "Napoli" haqda
DÜNYA FUTBOLU 4 İyun 2019 / 17:42 3560
-  A +

“Biz italyanların vətənlə əlaqəsi həmişə güclü olub. Ölkədən kənarda olanda nəyinsə çatmadığını hiss edirik”.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bu sözləri “Çelsi”nin baş məşqçisi Mauritsio Sarri deyib. London klubundakı işindən danışan italiyalı mütəxəssis İngiltərədəki bir ilinin çox çətin keçdiyini bildirib:

“Ağır il oldu. Az-az gördüyüm yaşlı valideynlərim və dostlarımdan ayrı qalmağın yükünü hiss etməyə başlayıram. Ancaq yalnız peşəkar seçimlər edirəm. Bundan sonra daha 20 il məşqçilik etməyəcəyəm. Passportdakı təvəllüdüm də bunu deyir. Məşqçilik asan peşə deyil. Evə qayıdanda özümü yad kimi hiss edirəm. Son bir neçə ildə cəmi 30 gecə yatmışam”.

“Yuventus”un sükanı arxasına keçəcəyi gözlənilən Sarri “Napoli” azarkeşlərinin onu xəyanətkar adlandırmasına da münasibət bildirib: “Neapollular onları necə sevdiyimi bilir. Ötən il başqa bir italyan klubunda işləməmək üçün İngiltərəyə getməyə qərar verdim. Peşəniz sizə başqa yol göstərə bilər, amma insanlarla münasibətinizi dəyişdirməz. İşlədiyin yerə sadiq olmalısan. Sədaqət nə deməkdir? Bəs birdən o klub səni qovsa, necə? Boşandığın arvada sadiq qalmalısan?!”

Qeyd edək ki, 2015-2018-ci illərdə “Napoli”ni çalışdıran Sarrinin yaxın günlərdə Neapol klubunun əzəli rəqibi “Yuventus”a keçəcəyi gözlənilir.

Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq