"Azərbaycan hücum futbolu oynayacaq" - Marko Rossi

 "Azərbaycan hücum futbolu oynayacaq" -  Marko Rossi
ÖLKƏ FUTBOLU 3 İyun 2019 / 10:30 3274
-  A +

"Azərbaycanla oyunda istənilən nəticə bizi təəccübləndirməyəcək. Görüşün sonluğu ilk növbədə bizim çıxışımızdan asılı olacaq".

Qol.az xəbər verir ki, bu sözləri Macarıstan millisinin baş məşqçisi Marko Rossi yerli mətbuata açıqlamasında deyib.

İtaliyalı mütəxəsssis Avro-2020-nin seçmə mərhələsində yığmamızla keçiriləcək görüş barədə danışarkən Bakıda rəqibin təzyiqi ilə üzləşəcəkliyini bildirib: "Azərbaycan millisi hücum futbolu oynayacaq. Bizə təzyiq göstərəcklər. Lakin biz peşəkar komandayıq və oyuna düzgün köklənməyə çalışırıq. Toplanış zamanı lazımi işləri görmüşük. Bəzi futbolçular bizimlə olmaya bilər. Tamaş Kadar və Barnabaş Bese yığmanın düşərgəsinə zədəli gəlib. Botond Barat isə komandaya iyunun 1-də qoşulub".

Qeyd edək ki, iyunun 8-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Macarıstan oyunu saat 20:00-da başlayacaq. 

Daha çox


Son xəbərlər