“İnter” “Lokomotiv”ə də qalib gəldi

“İnter” “Lokomotiv”ə də qalib gəldi
XƏBƏR 6 İyul 2010 / 11:11 1771
-  A +

Yeni mövsümə və Çempionlar Liqasına hazırlıqları davam etdirən “İnter” Bolqarıstandakı təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyununu keçirib. Qol.Az-ın məlumatına görə, paytaxt təmsilçisinin bu dəfəki rəqibi Plovdiv “Lokomotiv”i olub. Kaxaber Sxadadzenin komandası Petar Zaltinovun vurduğu yeganə qolla bolqarları minimal hesablı məğlubiyyətə uğradıb.
Qeyd edək ki, “Lokomotiv”lı oyun “İnter”in toplanış çərçivəsində keçirdiyi 7-ci qarşılaşma idi. “Bankirlər” bu oyunadək “Pravets” (6:1), “KOM Minyor” (3:1), “Botev” (2:1), MOİK (1:0) üzərində qələbə qazanmış, “Vidima-Rakovski” ilə heç-heçə (2:2) etmiç, “Eter”ə (1:2) isə məğlub olmuşdu.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi