Löv xəstəxanaya yerləşdirildi - iki oyunu buraxacaq

Löv xəstəxanaya yerləşdirildi - iki oyunu buraxacaq
DÜNYA FUTBOLU 31 May 2019 / 13:13 2236
-  A +

Almaniya millisinin baş məşqçisi Yoahim Löv xəstəxanaya yerləşdirilib.

Qol.az-ın "Bild"ə istinadən yaydığı xəbərə görə, onun məşqlərdən birində aldığı zədədən sonra qan dövranında problem yaranıb. Bu səbəbdən 59 yaşlı mütəxəssis Frayburqda xəstəxanaya aparılıb.

Bildirilir ki, səhhətindəki problemlərə görə Löv Avro-2020-nin seçmə mərhələsində Belarus (8 iyun) və Estoniya (11 iyun) ilə matçları buraxacaq.


Son xəbərlər