Nikolay Valev Petrov “Muğan”da

Nikolay Valev Petrov “Muğan”da
XƏBƏR 5 İyul 2010 / 18:48 2298
-  A +

Bu gün “Muğan” yay fasiləsi dövründə növbəti transferini reallaşdırıb. Qol.Az-ın Salyan klubunun rəsmi saytına istinadən məlumatına görə, “ağ-qırmızılılar”ın yeni oyunçusu azarkeşlərin “Simurq” komandasından yaxşı tanıdıqları Nikolay Valev Petrovdur.
 29 yaşlı futbolçu mərkəz hücumçusu mövqeyində çıxış edir və gələn yay mövsümünə qədər Salyan təmsilçilərinin heyətində çıxış edəcək. Xatırladaq ki, futbolçu 2010-cu ilin fevralından etibarən Bolqarıstanın “Slavia” komandasında çıxış edirdi. Karyerasının böyük hissəsini Bolqarıstanda keçirən forvard həmin ölkəbnin “Spertkavitsa” “Spartak Varna” “Çerno More” “Slaviya” kimi klublarında yer alıb.
2010-cu ilin qış mövsümünə qədər “Simurq”un heyyətində çıxış edən futbolçu 17 matç ərzində 2 qola imza atıb. Nikolay Petrov sabahdan etibarən “Muğan”ın düşərgəsində heyətlə birgə məşqlərini davam etdirəcək.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi