"Bakıya tez gəlmişik və özümüzü yaxşı hiss edirik. Bilmirəm bu bizə necə təsir edəcək, amma yaxşı hazırlaşırıq".
Qol.az xəbər verir ki, bu sözləri "Arsenal"ın yarımmüdafiəçisi Qranit Caka Avropa Liqasının finalında sabah Bakı Olimpiya Stadionunda "Çelsi" ilə keçiriləcək oyunöncəsi təşkil olunan mətbuat konfransında deyib. London klubunun erməni futbolçusu Henrix Mxitaryanın paytaxtımıza gəlməməsinə münasibət bildirən isveçrəli futbolçu bunları deyib:
"Hesab edirəm ki, biz siyasi məsələlərdən çox danışdıq. Gəlin, indi isə futbol haqda danışaq. Düşünürəm ki, əsas məqsədimiz qələbə qazanmaqdır. Emerinin böyük təcrübəsi var. İsrəyirik ki, qalib gəlməklə onu məmnun edək".
Caka Çempionlar Liqasına vəsiqə üçün finalda qalib gəlməyin önəminə də toxunub: "Düşünürəm ki, ÇL-də oynamalıyıq. Amma Premyer Liqada ilk "4-lüy"ə düşə bilmədik. Bu isə yeganə şansdır və ondan maksimum istifadə etmək istəyirik. Bizim üçün harda oynamaq bəhanə ola bilməz. Bakıda da olsa, Londonda da olsa, qələbə qazanmaq əsas hədəfdir".
Təcrübəli oyunçu fikirlərini bu sözlərlə tamamlayıb: "Mənimlə birlikdə "Arsenal"da daha bir isveçrəli var və biz bu titulu qazansaq, böyük qürur hissi olacaq".
Qeyd edək ki, sabah keçiriləcək final oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
"Bavariya" Noyeri itirdi
"Milan"da yeni müqavilə
Messinin rekordunu qırdı
Zubirin yubiley oyunu
“Arsenal” Bundesliqada çıxış edən qapıçı ilə maraqlanır
"Real" bəzi futbolçuları ilə sağollaşmağa hazırlaşır
İngiltərə klubunda yeni antirekord
“Qarabağ”dan möhtəşəm qələbə - Video
"Mançester Siti"dən inamlı qələbə, Haaland dubl etdi
Türkiyədə baş məşqçi klubu tərk edir
“Kadinin yoxluğu təsirsiz ötüşmür” - Qurban Qurbanov
Azərbaycanın dünya boksunda 8-ci qızılı
“Kəpəz” “Qəbələ”yə, “Qarabağ” “Araz-Naxçıvan”a qalib gəldi
Qurbanova GÖZƏL dəstək
"Milan" liderlik yolunda büdrədi
"Barselona" klubu ərəb şahzadəsinə satıla bilər
La Liqada oyun təxirə salındı
Tahir Gözel Əkbərlə görüşdü
"Hər halda bizim avrokuboklara vəsiqə qazanmağımızı gözləmirsiniz" - Kaxaber Sxadadze
"Qarabağ" - "Araz-Naxçıvan": Heyətlər açıqlandı
Viktor Qonçarenko milli komandanın baş məşqçisi olacaq
"Zirə"nin futbolçusu Afrika Millətlər Kubokuna gedir
Müharibə bitməsə, beynəlxalq yarışlara buraxılmayacaqlar