Türkiyə millisinin üzvü "Trabzonspor"dan ayrıldı

Türkiyə millisinin üzvü "Trabzonspor"dan ayrıldı
DÜNYA FUTBOLU 26 May 2019 / 14:14 3234
-  A +

"Trabzonspor"un futbolçusu Olcay Şahan komandadan ayrılıb.

Qol.az xəbər verir ki, Türkiyə millisinin üzvü klubla başa çatan müqaviləsini uzatmayıb. 31 yaşlı yarımmüdafiəçi sosial şəbəkə hesabında "bordo-mavililər"lə vidalaşıb.

Qeyd edək ki, 2017-ci ilin yanvarında "Beşiktaş"dan "Trabzonspor"a keçən O.Şahan 71 oyuna 8 qol vurub, 19 qol ötürməsi edib.

 

 


Son xəbərlər