AFFA rəsmiləri ulduzlarla birlikdə - Azarkeş Festivalı başladı

AFFA rəsmiləri ulduzlarla birlikdə - Azarkeş Festivalı başladı
XƏBƏR 25 May 2019 / 17:53 3521
-  A +

Bu gün Dənizkənarı Bulvarda UEFA Avropa Liqasının Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununun Azarkeş Festivalı start götürüb.

Qol.az-ın AFFA-nın rəsçi saytına istinadən yaydığı xəbərə görə, festivalın ulduz qonaqlarının – ingiltərəli Maykl Ouen və italiyalı Françesko Toldonun iştirakı ilə keçirilən açılış mərasiminə UEFA Avropa Liqasının final oyununun Bakı şəhərində keçirilməsi üzrə yerli Təşkilat Komitəsinin sədri, Baş nazirin birinci müavini Yaqub Eyyubov, AFFA-nın prezidenti Rövnəq Abdullayev, assosiasiyasının I vitse-prezidenti Rauf Əliyev, vitse-prezident Elşad Nəsirov, İcraiyyə Komitəsinin üzvləri və digər rəsmi şəxslər təşrif buyurublar.

Azarkeş Festivalı ictimaiyyətin böyük marağına səbəb olub. Müxtəlif əyləncə qurğuları ilə tanış olan festival ziyarətçiləri, həmçinin Maykl Ouen və Françesko Toldo ilə şəkil çəkdirmək, onlardan imza almaq imkanı da qazanıblar.

Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununda İngiltərənin "Çelsi" və "Arsenal" klubları qarşılaşacaqlar.














Səhifənin yuxarısına keçidYuxarı

Daha çox


Son xəbərlər