İnternetdə, sosial şəbəkələrdə Avropa Liqasının Bakıda keçiriləcək "Çelsi" - "Arsenal" finalı üçün "Skybox" biletlərinin astronomik qiymətə satışı ilə bağlı müxtəlif elanlar yayılıb.
Qol.az-ın məlumatına görə, elanlarla həmin biletlərin qiyməti bir nəfər üçün 10 min manatdan başlamaqla, 20-25 min arasında dəyişir. Hətta 10 nəfərlik “Skybox”lar üçün 100-250 min manatdan baha göstərilən elanlara də rast gəlmək olur.
AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla isə Qol.az-a açıqlamasında bunların saxta informasiya olduğunu güman etdiyini bildirib:
"Ümumiyyətlə, həmin "Skybox" biletləri heç vaxt bizdə satışda olmayıb. Bunu UEFA özü həyata keçirir. Bizdə belə bir məlumat var ki, qitə futbol qurumu çox qısa müddət ərzində o biletləri satıb qurtarlıb. İnternetdə yayılan elanlara gəlincə, bunu bir neçə dəfə mən özüm də görmüşəm. Bizdə təəssürat budur ki, onlar saxta informasiyalardır. Hətta guya 500 min manata bilet satışa çıxarıblar".
F Abdullanın sözlərinə görə, əslində bu cür böyük turnirlərdə, belə oyunlarda "qara bazar" olmur: "Qara bazar" bu formada ola bilər ki, kimsə özünə bilet alıb, oyuna gedə bilmir, hardasa durub satır. "Skybox"ların bu qiymətə satışı bir az inandırıcı görünmür. Yarım milyon avroya olan bileti kim alar axı? Bir yaxtanın qiymətidir. Ona görə də belə düşünürük ki, bunlar saxta informasiyalardır".
AFFA rəsmisi biletlərin qiymətlərinin UEFA tərəfindən müəyyənləşdirildiyini, satışa da birbaşa onların nəzarət etdiyini söyləyib: "Çünki final onların oyunudur. Satışı da qurum özü həyata keçirir. Bilirsiniz ki, UEFA biletləri əvvəlcə onlayn olaraq satışa çıxarmışdı. AFFA-nın qurumla danışıqlarından sonra müəyyən sayda bileti Bakıya gətirib, fiziki satışa çıxardılar ki, yerli əhali daha rahat əldə edə bilsin. Yəni, federasiyanın rolu yalnız bundan ibarət olub. Digər məsələlərin heç birini AFFA tənzimləmir. Biz meydan sahibi olaraq, sadəcə, onlara müəyyən şərait yaradırıq. Stadionu veririk, təşkilati işlərdə kömək edirik".
F. Abdulla "Final oyunu üçün neçə bilet satılıb" sualına isə bu cür cavab verib: "Hələ ki, satılan biletlərin sayı barədə dəqiq məlumat yoxdur. Çünki UEFA tərəfindən həm onlayn, həm də fiziki satış həyata keçirilir. Ona görə də dəqiq statistika yoxdur. Yəqin ki, bu gün və ya sabah rəsmi məlumat olacaq".
Qol.az saytına daxil olan özəl xəbərə görə isə bir neçə imkanlı iş adamı 10 nəfərlik “Skybox”lar üçün ən azı 100 min manat, bəziləri isə bir bilet üçün 10-20 min manat ödəməyə hazır oldularını deyiblər. Amma bildirilir ki, “Skybox”lar üçün yerlər bir müddət əvvəl satılıb qurtarıb.
“Skybox” nədir?
Stadionlarda futbola baxmaq üçün ayrıca xüsusi otaqdır. Belə otaqlarda tamaşaçılara pulsuz yemək, spirtli və spirtsiz içkilər təklif olunur. Onlara xüsusi ofisiantlar xidmət göstərir. Hər “Skybox”da tualet, kondisioner var, pulsuz Wi-fi ilə təmin olunub.
Xatırladaq ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final matçı yerli vaxtla saat 23:00-da başlayacaq.
Sumqayıtdakı qol şousu, qırmızı vərəqə, penalti - Video
Qurban Qurbanovdan “Bu Şəhərdə”nin səhnəciyinə münasibət
"Qarabağ"ın hakim köməyinə ehtiyacı yoxdur" - Saşa İliç
"Arada hirslənmək lazımdır" - Qurban Qurbanov
FİFA Ronaldoya görə posteri dəyişdi
"Qarabağ" "Sumqayıt"a, "Kəpəz" "Karvan-Yevlax"a qalib gəldi
Türkiyədə mərc oyunları ilə bağlı yeni əməliyyat
"Səbail"in xal itkisi - Video
Flik Messinin "Barselona"ya mümkün qayıdışı haqda
FİFA Türkiyə klubunu cəzalandırdı
Güləşçilərimizdən 1 qızıl, 1 gümüş, 2 bürünc medal
"Sumqayıt" - "Qarabağ": Heyətlər
Yevlaxda vurulan qollar - Video
"Sonuncu pillədən qurtulmaq şərt deyil" - Azər Bağırov
"Səbail" "Baku Sportinq"lə heç-heçə etdi
Azərbaycan millisi Banqladeşə bu heyətlə gedir
Azərbaycan Premyer Liqasında qəribə olay - Video
“Sumqayıt” - “Qarabağ” oyununun biletlərinin çoxu satılıb
Di Mariyanın komandası çempion oldu
Yevlaxda heyətlər açıqlandı
"Yuventus"da ciddi itki
Təxirə salınmış "Sabah" - "Qarabağ" matçının vaxtı bilindi
Misli Premyer Liqasında 18 oyunun vaxtı açıqlandı
Avropa çempionatında Azərbaycanı 11 boksçu təmsil edəcək
"Qarabağ" Çempionlar Liqası üçün yeni futbolçu sifariş etdi
Azərbaycan kubokunda 1/8 final oyunlarının vaxtı açıqlandı
40 yaşında futbolla vidalaşdı
Millimiz qızıl medal qazandı
Güləşçilərimizdən İslamiadada daha 3 medal
“Betis” İsko ilə müqaviləni yeniləyir
"Milan”ın futbolçusu derbi matçına qədər zədəsini sağaltdı
"Cəbrayıl"ın 7 qolluq qələbəsi - Video
Ronaldonun tarixi rekordunu yenilədi
“Bavariya”nın qapıçısı karyerasını başa vurur
Tomas Müller gələcəyi ilə bağlı qərarını verdi
Baş məşqçi Ülvi Babayevin oyun performansından danışdı
“Zaqatala”, “Mingəçevir” və “Cəbrayıl”dan qələbə
"Kəpəz" ev oyunlarını Yevlax şəhər stadionunda keçirəcək
Jordi Alba “Barselona”dan ayrılma səbəbindən danışdı