Sənan Qurbanov və onun yetirmələri Nuh peyğəmbərin ayaq basdığı müqəddəs torpaqda Azərbaycan kubokunu başları üzərinə qaldırdılar. Və Avropaya gedən yolların qapısını təpiklə vurub açdılar.
Gözəl oyun oldu. "Sumqayıt" da kuboka layiq idi, amma bu "Qəbələ"nin haqqı idi. Üç dəfə finalda kuboku əldən vermişdi, yəni "Qəbələ" bu kuboka təşnə idi. Futbolçular həm öz təşnələrini yatırtdılar, həm də fanatlarının ürəklərinə və bütün "Qəbələ"sevərlərin ürəklərinə elə Qəbələnin buz bulaqlarının suyunu səpdilər.
"Qəbələ" Avropa kuboklarına da təşnədi. İnşallah, o təşnəni də söndürərlər və bir gün UEFA-nın kubokunu Qəbələyə gətirərlər.
Fariz Nəcəfov başda olmaqla, Sənan Qurbanovu və bütün futbolçuları bu qələbə münasibətilə ürəkdən təbrik edir və bundan sonra həm Azərbaycan çempionatında, həm də Avropada daha böyük uğurlar arzulayırıq.
Komanda sözünün üstündə durdu və Azərbaycan kubokunu Tale Heydərova hədiyyə etdi.
Hörmətlə
Aqil ABBAS
"Yuventus"da ciddi itki
“Betis” İsko ilə müqaviləni yeniləyir
"Milan”ın futbolçusu derbi matçına qədər zədəsini sağaltdı
"Cəbrayıl"ın 7 qolluq qələbəsi - Video
Ronaldonun tarixi rekordunu yenilədi
“Bavariya”nın qapıçısı karyerasını başa vurur
Tomas Müller gələcəyi ilə bağlı qərarını verdi
Baş məşqçi Ülvi Babayevin oyun performansından danışdı
“Zaqatala”, “Mingəçevir” və “Cəbrayıl”dan qələbə
"Kəpəz" ev oyunlarını Yevlax şəhər stadionunda keçirəcək
Jordi Alba “Barselona”dan ayrılma səbəbindən danışdı
“Pley-off”un püşkü atıldı - DÇ-2026
Asim Xudiyev Konfrans Liqasının matçında
DÇ-2026: Qitələrarası pley-offun püşkü atıldı
"Bavariya" qərarını verdi
Millimiz Bolqarıstana uduzdu
İki güləşçimiz İslamiadanın finalında
Elxan Abdullayevdən 1:6 hesablı məğlubiyyətə şərh
"Şahdağ Qusar" iki transfer etdi
"Prezident seçilsəm, ilk işim Messiyə zəng etmək olacaq"
Konte qayıtdı, fırtına səngidi
Kurtuaya görə 3 ən yaxşı qapıçı