İspaniya millisi və "Barselona"nın sabiq oyunçusu Xavi Ernandes futbolçu karyerasını başa vurub.
Qol.az xəbər verir ki, 39 yaşlı yarımmüdafiəçi ötən gün son oyununa çıxıb. O, Qətərin "Əl-Sədd" klununun hyətində Asiya Çempionlar Liqasında "Perspolis"lə görüşdən sonra meydanı birdəfəlik tərk edib. Xavinin "Əl-Sədd"də qalaraq məşqçi kimi fəaliyyət göstərəcəyi iddia olunur.
Qeyd edək ki, uzun illər "Barselona"nın kapitanı olmuş Xavi 2000-2014-cü illərdə bu komandada 767 oyuna çıxıb. O, 8 dəfə İspaniya La Liqasının, 3 dəfə İspaniya Kral Kubokunun, 6 dəfə Superkubokunun, 4 qat Çempionlar Liqası, 2 qat UEFA Superkuboku və 2 qat Klublararası Dünya Çempionatının qalibidir.
O həmçinin, İspaniya millisinin heyətində 2010-cu ildə dünya, 2008 və 2012-ci ildə isə Avropa çempionatını qazanıb.
Azərbaycan millisi 4-cü oldu
Reşford zədələndi
"Monako" Hütterlə yolları ayıra bilər
Millimiz gümüş medal qazandı - III MDB Oyunları
Azərbaycan millisi ilə oyunu buraxacaq
"Çelsi"nin kapitanı millinin heyətindən çıxarıldı
1-ci liqada oyunların vaxtı açıqlandı
Avarçəkmə yarışları başa çatdı - III MDB Oyunları
Azərbaycan millisi MDB Oyunlarında finala yüksəldi
“Oyunçularımıza inanıram” - Rəşad Eyyubov
“Napoli”nin yarımmüdafiəçisi İngiltərə klubunun hədəfində
Buffonun oğlu A seriyasında debüt etdi
Kannavaronun Özbəkistan millisinə təyinatı rəsmiləşdi
Rodri İspaniya millisinin heyətindən çıxarıldı
“Sabah”dan Mikelsin durumu ilə bağlı açıqlama
"Turan Tovuz"da yeni müqavilə
“Real”ın gənc oyunçusu “Marsel”ə keçə bilər
Ter Ştegen üçün İngiltərədən üç təklif