"Zirə"dən "Səbail"ə - rəsmi

"Zirə"dən "Səbail"ə - rəsmi
ÖLKƏ FUTBOLU 20 May 2019 / 17:12 3575
-  A +

Mövsümün sonunda "Zirə"dən ayrılan Kamal Bayramov karyerasını "Səbail"də davam etdirəcək.

Bu barədə Qol.az-a 34 yaşlı qapıçı özü məlumat verib. O, bildirib ki, yaxın günlərdə paytaxt klubu ilə rəsmi müqavilə imzalaycaq:

"Artıq danışıqlar yekunlaşıb. Sadəcə, imza məsələsi qalıb. Yəqin ki, yaxın günlərdə onu da həll edərik. Müqavilənin müddəti və detalları barədə isə klub özü məlumat verəcək".

Qeyd edək ki, Kamal 2015-ci ildən "Zirə"də çıxış edirdi.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord