“Beşiktaş” – “Neftçi” oyununun ən gözəl anları (VİDEO)

ÖLKƏ FUTBOLU 4 İyul 2010 / 19:30 3523
-  A +

Xəbər verdiyimiz kimi, Avstriyada təlim-məşq toplanışında olan “Neftçi” dünən İstanbulun "Beşiktaş" klubu ilə yoxlama oyunu keçirib. Oyunda hesabı 24-cü dəqiqədə "Neftçi" açıb. Künc zərbəsindən ötürülən topu iki futbolçumuz ayaqları arasından buraxdıqdan sonra Ruslan Abışov dəqiq zərbəylə topu Rüştünün qoruduğu qapıdan keçirib. "Beşiktaş" yalnız son dəqiqələrdə Erkan Kaşın qolu sayəsində məğlubiyyətdən yaxa qurtarıb. Oyuna istər azarkeşlər, istərsə də Türkiyə mediası tərəfindən böyük maraq olub. Aşağıda izləyəcəyiniz videoda oyunun ən maraqlı anları ilə tanış ola bilərsiniz.

Daha çox


Son xəbərlər