"Yuventus"dan heç-heçə, "Milan" və "Napoli"dən qələbə

"Yuventus"dan heç-heçə, "Milan" və "Napoli"dən qələbə
DÜNYA FUTBOLU 20 May 2019 / 01:09 4579
-  A +

İtaliya A Seriyasında 37-ci turun matçları davam edir.

Qol.az-ın məlumatına görə, ikinci oyun günündə 6 qarşılaşma keçirilib.

Çempion "Yuventus" evdə "Atalanta" ilə heç-heçə edib - 1:1. "Milan" və "Napoli" isə turu qələbə ilə başa vurublar.


19 may

"Kyevo" - "Sampdoriya" - 0:0

"Empoli" - "Torino" - 4:1
Qollar:
A. Akua, 27, (1:0), İ. Falke, 56 (1:1), M. Brigi, 65 (2:1), C. Di Lorenso, 71 (3:1), F. Kaputo, 88 (4:1)

"Parma" -"Fiorentina" - 1:0
Qol:
Gerson, 80-avtoqol

"Milan" - "Frasinone" - 2:0
Qollar:
K. Pyotek, 57 (1:0), Suso, 66 (2:0)

"Yuventus" - "Atalanta" - 1:1
Qollar:
Y. İliçiç, 33 (0:1), M. Mancukiç, 80 (1:1)

"Napoli" - "İnter" - 4:1
Qollar:
P. Zelinski, 16 (1:0), D. Mertens, 61 (2:0), F. Ruiz, 71 (3:0), 78 (4:0), M. İkardi, 81-penalti (4:1)


Qeyd edək ki, 33 turdan sonra turnir cədvəlinə 90 xalla çempionluğu vaxtından əvvəl təmin etmiş "Yuventus" başçılıq edir. 79 xalı olan "Napoli" 2-cidir. Eyni - 66 xala sahib "Atalanta" 3-cü, "İnter" 4-cü sırada qərarlaşıb. Beşinci pillədəki "Milan"ın 65, 6-cı sıradakı "Roma"nın 63 xalı var.

Son xəbərlər