Nazarov 90 dəqiqə oynadı

Nazarov 90 dəqiqə oynadı
ÖLKƏ FUTBOLU 20 May 2019 / 00:30 1481
-  A +

Almaniya ikinci bundesliqasında 2018-2019 mövsümü başa çatıb.

Qol.az-ın məlumatına görə, milli komandamızın üzvü Dmitri Nazarovun çıxış etdiyi "Erzgebirge" klubu da mövsümdə son oyununu keçirib. Səfərdə "Darmştadt"ın qonağı olan Aue təmsilçisi minimal hesabla uduzub. Oyuna start heyətdə başlayan Nazarov 90 dəqiqə meydanda olub.

Qeyd edək ki, "Erzgebirge" mövsümü 40 xalla 14-cü pillədə tamamlayıb.

Daha çox


Son xəbərlər