UEFA "Arsenal"ın Avropa Liqasının final oyununun Bakıya salınması ilə bağlı etirazına cavab verib.
Qol.az xəbər verir ki, qitə futbol qurumunun rəsmi saytında dərc edilən məktubda finalın təşkilinin çətin və uzun proses olduğu vurğulanıb:
"UEFA təşkilatçıları təyin etmək öhdəliyini yalnız namizədlərin onların təşkilatçılıq qabiliyyətlərini sübut edəcək meyarları göstərmələri şərti ilə dürüst və şəffaf tender prosesi vasitəsilə öz üzərinə götürüb. Adətən, qurum klub yarışlarının final oyunlarına ev sahibliyi etmək üçün sifarişlərin qəbulu prosesinə bir neçə il öncə başlayır. Bu isə o deməkdir ki, finalın hansı şərtlər altında təşkil edilməsi öncədən bəlli ola bilməz. Əvvəlki finallardakı təcrübələrimiz azarkeş sayının komandalara görə dəyişə biləcəyindən xəbər verir. Ona görə də vahid kvota təyin etmək düzgün deyil. Əlbəttə, finalçılar bilinənə və ya güman olunana qədər bilet satışını təxirə salmaq ideal olardı. Bura neytral publika üçün nəzərdə tutulan biletlər də daxildir. Təbii ki, final oyununun yeri seçilən zaman Londonun iki komandası arasında İngiltərə finalının olacağı çox da təxmin edilə bilməzdi. Şübhə yoxdur ki, bu, hadisə loqistika üçün böyük çətinlik yaratdı. Bakıya səfər etmək üçün sizin və "Çelsi" azarkeşlərinin problemlə üzləşmələrinə görə təəssüf hissi keçiririk. Əməkdaşlarımız azarkeşlərin daha sərfəli şəkildə finala getmək yollarını araşdırır. Bu baxımdan klubun bizimlə birgə səylərini alqışlayardıq”.
Məktubda bildirilir ki, UEFA üçün fanatlar prioritet məsələdir: "Futbol azarkeşlər üçündür və bütün Avropa futbolun ali imkanlarından zövq almalıdır. Belə matçlar adətən klubları rəqabətədavamlı olan məhdud sayda ölkələr üçündür. Amma müvafiq infrastruktur mövcuddursa və bu istiqamətdə işlər görülürsə, digər azarkeşlərə də unikal canlı izləmə təcrübəsi ilə yanaşı, bütün regionlarda futbolun inkişafına əhəmiyyətli dərəcədə dəstək olan tədbirlər keçirmək imkanı vermək ədalətli olardı. Buna görə də UEFA-nın müəyyən stadionları yalnız mərkəzdən kənardakı coğrafi vəziyyətinə görə istisna etməsi tam haqsızlıq sayılardı".
Xatırladaq ki, "Arsenal" klubu dünən rəsmi saytında saytında yerləşdirdiyi müraciətdə UEFA-nı final oyunu üçün Bakını seçməkdə günahlandırmış, azarkeşlər üçün az bilet ayrılmasından narazılığını ifadə etmişdi.
Mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək finalda İngiltərənin "Arsenal" və "Çelsi" klubları qarşılaşacaqlar.
İlin futbolçusu seçildi
“Beşiktaş”dan Ştegenə 8 milyon avroluq təklif
"Məşqçi kimi daha da püxtələşdim"
Ağ Ev Trampla Ronaldonun görüşündən görüntü yaydı - Video
“Kamp Nou”da ilk oyunda azarkeşləri sürpriz gözləyir
“Bayer"nin futbolçusu “Barselona” və “Bavariya”nın hədəfində
AFFA rəsmisi UEFA-nın iclasında iştirak edib
“Tottenhem”in hücumçusu "Roma"ya keçə bilər
Azərbaycan millisi FİFA reytinqində gerilədi
“Milan” Levandovskiyə maraq göstərir
“Real”ın müdafiəçisi millinin oyununda zədələndi
“Yuventus” Kenan Yıldızla razılığa gəldi
De La Fuente Türkiyə ilə heç-heçədən danışdı
Fransa Superkubokunun oyunu başqa ölkədə keçiriləcək
Elçin Məsiyev zədələndi, oyunun hakimi dəyişdi
"İnter" derbiyə itki ilə çıxacaq
Bellinqem, Palmer, Virtz, Vitinya...
Zədəli Osimhenin durumu açıqlandı
İlin klubu adına namizədlər hansılardır?