"Dabonu zədələdiyi üçün Maksimə "çox sağ ol" demişəm" - Mahir

"Dabonu zədələdiyi üçün Maksimə "çox sağ ol" demişəm" - Mahir
ÖLKƏ FUTBOLU 11 May 2019 / 20:26 5491
-  A +

"Mövsüm mənim üçün ağır başladı. Bunun səbəbləri çoxdur, indi danışmaq istəmirəm".

Qol.az-ın məlumatına görə, bu sözləri Azərbaycan Premyer Liqasının 28-ci turunun "Neftçi" ilə oyunundan (3:2) sonra "CBC Sport" telekanalına açıqlamasında "Qarabağ"ın hücumçusu Mahir Mədətov deyib.

"Sonlara doğru özümü sübut etdim. Bu, tək bombardirliklə bağlı deyil, həm oyun baxımdan artırdım. Həqiqətən sevinirəm. Artıq istirahətə gedirik. Sizə də uğurlar, bizə də”.

"Neftçi"nin qapısına 2 top vurmaqla mövsümün bombardiri olan Mahir bununla bağlı da təəssüratlarını bölüşüb. Hətta o, zarafatla əsas rəqibi Dabonu zədələdiyi üçün komanda yoldaşı Maksim Medvedevə təşəkkür etdiyini bildirib: "Dabonu zədələdiyinə görə, Maksimə "çox sağ ol" demişəm".

Qeyd edək ki, Mahir 16 qolla çempionatın bombardiri olub.

Daha çox


Son xəbərlər
18.04.25  22:46

"Yamal Messi deyil"

18.04.25  11:52

Messi gələcəyi haqda