Ramin Musayev: “Belə hakimlikdən sonra öz hakimlərimizə rəğbət artar"

Ramin Musayev: “Belə hakimlikdən sonra öz hakimlərimizə rəğbət artar"
ÖLKƏ FUTBOLU 3 İyul 2010 / 14:11 2232
-  A +

Peşakar Futbol Liqasının prezidenti Ramin Musayev UEFA Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində Makedoniyanın "Metalurq" klubunu 4:1 hesabı ilə məğlub edən “Qarabağ” komandasının uzvləri ilə görüşüb. Qol.Az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, Ramin Musayev oyundan sonbra "Qarabağ"ın paltardəyişmə otağına gələrək komandanın məşqçi və futbolçularını, həmçinin klub rəhbərliyini möhtəşəm qələbə münasibəti ilə təbrik edib: "Bütün komandalarımıza avrokuboklarda uğurlar arzu edirəm. Növbəti oyunda arxayınlaşmaq olmaz, səfər oyununa da ciddi hazırlaşmaq və Avropa Liqasında bacardığınız qədər irəli getmək lazımdır. Gələn mövsüm avrokubokların püşkü atılarkən bu il komandalarımızın topladığı xalların çox önəmi olacaq. Yəqin ki, bugünkü oyunda hakimliyin səviyyəsindən sonra komandalarımızın öz hakimlərimizə olan rəğbəti artar".

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi