İdman Araşdırmalar Mərkəzinin Azərbaycanda 2018/2019 mövsümünün ən yaxşı futbolçusunu müəyyənləşdirmək üçün keçirdiyi sorğuda baş məşqçilərin kimlərə səs verdikləri bəlli olub.
Qol.az xəbər verir ki, sorğuya Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç və Premyer Liqanın 8 komandasına rəhbərlik edən mütəxəssislər qatılıblar. Klublarda çalışan baş məşqçilərdən 3-ü mövsümün futbolçusu seçilən "Neftçi"nin yarımmüdafiəçisi Emin Mahmudova səs verib.
Əcnəbi futbolçulardan yalnız "Qəbələ"nin legioneri Stiven Monroz baş məşqçilərdən səs alıb. Həmin səs isə "Neftçi"yə rəhbərlik edən Roberto Bordinə məxsusdur.
Səsvermənin başlıca şərtinə əsasən, futbolçular və klubların baş məşqçiləri öz komandalarının üzvlərinə səs verməyiblər:
Nikola Yurçeviç (Azərbaycan milli komandası) – Mahir Mədətov
Qurban Qurbanov (“Qarabağ”) – Emin Mahmudov
Roberto Bordin (“Neftçi”) – Stiven Monroz
Aftandil Hacıyev (“Səbail”) – Mahir Mədətov
Sənan Qurbanov (“Qəbələ”) – Mahir Mədətov
Samir Abasov (“Zirə”) – Emin Mahmudov
Elşad Əhmədov (“Sabah”) – Emin Mahmudov
Ayxan Abbasov (“Sumqayıt”) – Mahir Mədətov
Tərlan Əhmədov (“Keşlə”) – Qara Qarayev
Qeyd edək ki, Emin Mahmudov sorğuda 1 səs fərqi ilə “Qarabağ”ın futbolçusu Abdullah Zubiri qabaqlayıb. Mahmudov 30, Zubir isə 29 səs toplayıb. “Üçlüy”ü 20 səslə “Neftçi”nin digər futbolçusu Baqali Dabo qapayıb.
Flik 0:3-dən danışdı
Çempionlar Liqası: “Qalatasaray” və “Ayaks” evdə uduzdu
“Napoli”- “Qarabağ” oyununun - Heyətləri
"Ən qısa zamanda komandaya qoşulmaq istəyirdim"
Məşhur futbolçunun evi qarət olundu
FİFA Ronaldonun cəzasını açıqladı
Zaur Axundov AFFA İK-dən getdi
AFFA Hakimlər Komitəsinin sədri dəyişdi
“Real” rəhbərliyi Xabi Alonso haqda nə düşünür?
"Qarabağ"ın U-19 komandası "Napoli"yə də uduzdu - Yenilənib
İngiltərə nəhəngləri almaniyalı gənc futbolçunu hədəfə aldı
“Qarabağ” və “Napoli” rəhbərləri arasında görüş keçirildi
Millimiz seçmə mərhələdə ilk oyununu keçirdi
Qallaher “Atletiko”dan gedə bilər
“Real”ın qapıçısı Çempionlar Liqası oyununu buraxacaq
AÇ: Millimiz seçmə mərhələyə məğlubiyyətlə başladı
2-ci liqada 2 oyuna 14 qol vuruldu
AFFA Hakimlər Komitəsinin sədri UEFA-dan təyinat aldı
“Çelsi”nin aparıcı futbolçusu məşqlərə qayıdıb
Azərbaycanda futbolçu açıqlamasına görə cəzalandı
AFFA-dan klublara cərimələr
Hidayət Heydərov bu yarışda iştirak edəcək
PSJ-nin yeni formaları - Şəkillər
Amorim: "Qorxuram"