"Fənərbaxça" hücumçusunu transferə çıxardı

"Fənərbaxça" hücumçusunu transferə çıxardı
DÜNYA FUTBOLU 7 May 2019 / 12:46 3265
-  A +

"Fənərbaxça" mövsümün əvvəlində heyətinə qatdığı Mixael Freylə yollarını ayırmağa hazırlaşır.

Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, İstanbul klubu isveçrəli hücumçunu transferə çıxarıb. Ərsun Yanalın komandada görmək istəmədiyi 24 yaşlı futbolçu yayda satılacaq. Artıq Freyin menecerlərinə oyunçuya yeni klub tapmaları ilə bağlı göstəriş verilib.

Qeyd edək ki, Freyin "Fənərbaxça" ilə hələ 2 illik müqaviləsi var.

Son xəbərlər