Rəşad Sadıqov: “Mərhələ adlamaqdan danışmaq və sevinmək hələ tezdir”

Rəşad Sadıqov: “Mərhələ adlamaqdan danışmaq və sevinmək hələ tezdir”
ÖLKƏ FUTBOLU 2 İyul 2010 / 12:34 2254
-  A +

“Mərhələ adlamaqdan danışmaq və sevinmək hələ tezdir”. Qol.Az-ın məlumatına görə, dünən Avropa Liqasının ilkin təsnifat mərhələsinin ilk oyununda Makedoniya “Metallurq”unu 4:1 hesabı ilə məğlub edən “Qarabağ”ın müdafiəçisi Rəşad Sadlqov belə deyib: “Allaha şükür ki, 4:1 hesablı qələbə qazandıq. Ancaq ağır oyun oldu, rəqibin ciddi müqaviməti ilə üzləşdik. Çox yaxşı haldır ki, imkanlarımızdan maksimum yararlandıq". Təcrübəli futbolçu bildirib ki, azlıqda qaldıqdan sonra rəqibin güclü təzyiqi ilə üzləşiblər: “Yaddan çıxarmaq olmaz ki, rəqib komandanın da qol imkanları oldu. Müdafiəçilərimiz və Fərhad Vəliyev möhtəşəm oynadılar. Bütün komandanı təbrik edirəm".
Penalti vurmağa gəlincə, Sadıqov bu haqda belə danışıb: "Emin İmaməliyev əsas heyətdə olmayanda penalti zərbələrini mən vururam. Məşqlərdə bu baxımdan da ciddi hazırlaşıram. Penalti vurmaq qismət oldu və çox şadam ki, dəqiq vura bildim". R.Sadıqovun fikrincə, cavab oyununa ciddi yanaşmaq lazımdır: “Qəti arxayınlaşmaq olmaz. Gördüyünüz kimi, rəqib sona kimi mübarizə apardı və son dəqiqələrdə qol buraxdıq. Bunun əziyyətini çəkə bilərik. Cavab oyununa ciddi və sakit hazırlaşmalıyıq. Heç bir şansdan danışmaq istəmirəm. Çalışacağıq ki, Admir Telinin yoxluğunu hiss etdirməyək". Mərhələ adlamağın və sevinməyin tez olduğunu bildirən R.Sadıqov, səfər oyununda məğlub olmamağa çalışacaqlarını sözlərinə əlavə edib: "Dünənki matçda hesab oyuna görə olmadı. Başabaş mübarizə getdi. Sadəcə, imkanlarımızda yaxşı istifadə etdik. Cavab oyununda ən azı məğlub olmamağa səy göstərəcəyik. Təbii ki, yenə qələbə qazanmaq istəyirik. İnşallah mərhələ keçərik".

Daha çox


Son xəbərlər