Avroliqanın Bakı finalında (29 may) böyük ehtimalla “Arsenal” və “Çelsi” üz-üzə gələcək. Yəni London derbisi bu dəfə Azərbaycan paytaxtında olacaq. Bu yazıda futbola toxunmayacam. Gəlirəm işin o tərəfinə ki, mayın 27-30-u arası Bakı və Azərbaycan tarixində heç vaxt olmadığı qədər – bir futbol matçına görə ən azı 30 min əcnəbini qonaq edəcək (beləliklə, şəhərimizdə bir neçə günlük də olsa, avropalı turistlər ərəbləri xeyli üstələmiş olacaq).
Bu, UEFA-nın keçirdiyi yarışların təkcə idman deyil, həm də iqtisadi baxımdan nə qədər mühüm əhəmiyyət daşıdığını növbəti dəfə təsdiqləyən faktdı. Mən AFFA-nın fəaliyyətini daim və hesab edirəm ki, haqlı olaraq tənqid edən azsaylı jurnalistlərdənəm, amma etiraf edim ki, Avroliqanın finalının, eləcə də “Avro-2020”nin 4 oyunun Bakıya salınması federasiyanın 27 illik fəaliyyətinin ən uğurlu nailiyyətidir. Və qarşıdakı bir futbol matçından udan daha çox Azərbaycanın iqtisadiyyatı, sahibkarlar və vergi sistemi olacaq.
Aprelin 30-u AFFA-nın yaydığı rəsmi açıqlamaya görə, UEFA-nın onlayn satışa çıxardığı 21 min 500 ədəd bilet məhz 100-dən artıq müxtəlif xarici ölkənin vətəndaşları tərəfindən alınıb. Üstəgəl 12+4 min bilet iki finalçı komandanın azarkeşləri üçün ayrılıb (hər bir finalçı üçün 6 min bilet nəzərdə tutulub, finalçıların istəyinə uyğun olaraq hər biri üçün daha 2 min bilet əlavə oluna bilər). Bu yerdə Avropa Liqasının final matçına gələcək əcnəbi vətəndaşlar üçün viza prosedurlarının sadələşdirilməsi barədə Azərbaycan Prezidentinin bu ilin martında imzaladığı sərəncam xüsusi müsbət məqamlardan biri kimi qeyd olunmalıdır.
Mənə indi başqa bir məsələ maraqlıdı. Görəsən, Bakıdakı otellərin, hostellərin azı 2 gündə bu qədər turisti qəbul etməyə imkanı varmı? Bildiyimə görə, mayın 29-u və öncəki günləri paytaxtdakı bir çox otellərdə nömrələr bir müddət əvvəldən rezerv olunub.
İndi gələk məsələnin rəngarəng tərəfinə :))
Əgər finala ingilislər çıxacaqsa, o zaman mayın 28-29-u günü paytaxt küçələrində yaşanacaq şoulara hazır olmaq lazımdı. Düzdü, mümkündür ki, finalçı komandalardan bir alman, yaxud ispan olsun. Və ya elə hər iki finalçı bu ölkələri təmsil etsin. Amma yuxarıda qeyd etdiyim kimi, dünənki ilk yarımfinal oyunları (“Arsenal” – “Valensiya” - 3:1, “Ayntraxt” – “Çelsi” - 1:1) Bakı finalında iki ingilis klubunun qarşılaşacağı ehtimalını daha da artırır. Bəs, ingilislər Bakıda nə edəcəklər?
Ucadan danışıb-güləcəklər, yeyib-içəcəklər, həmin günlər Bakının mərkəzi küçələrini pivə qoxusu bürüyəcək. Bugünlərdə AFFA-nın baş katibi Elxan Məmmədov rus jurnalistlərə yarızarafat, yarıciddi söyləyib ki, final üçün ayrılan 7 milyonluq xərci təkcə pivə satışından çıxarmaq mümkün olacaq. Həqiqətən də ingilislər pivəni sevən xalqdı. Pivə içdikdən sonra oynayıb-oxuyacaqları gözləniləndi. Amma bir qrup ingilis azarkeşinin ənənəvi olaraq öz aralarında (çünki rəqib, indiki proqnoza görə, iki ingilis klubu olacaq) dava salmaq ehtimalı daha yüksəkdi. Lakin 2 gün öncə Azərbaycan Daxili İşlər Nazirliyinin rəsmisinin verdiyi açıqlamada qeyd olunduğu kimi, bizim hüquq-mühafizə orqanlarının həmişə kimi, bu yarışın da təhlükəsizliyini yüksək səviyyədə təmin edəcəyinə şübhəm yoxdu.
Beləliklə, mayın 25-dən sonra günləri və 29-u gününü gözləyək. Həqiqətən Bakıda böyük bir futbol bayramı olacaq.
Aydın BAĞIROV
"Yuventus"da ciddi itki
“Betis” İsko ilə müqaviləni yeniləyir
"Milan”ın futbolçusu derbi matçına qədər zədəsini sağaltdı
"Cəbrayıl"ın 7 qolluq qələbəsi - Video
Ronaldonun tarixi rekordunu yenilədi
“Bavariya”nın qapıçısı karyerasını başa vurur
Tomas Müller gələcəyi ilə bağlı qərarını verdi
Baş məşqçi Ülvi Babayevin oyun performansından danışdı
“Zaqatala”, “Mingəçevir” və “Cəbrayıl”dan qələbə
"Kəpəz" ev oyunlarını Yevlax şəhər stadionunda keçirəcək
Jordi Alba “Barselona”dan ayrılma səbəbindən danışdı
“Pley-off”un püşkü atıldı - DÇ-2026
Asim Xudiyev Konfrans Liqasının matçında
DÇ-2026: Qitələrarası pley-offun püşkü atıldı
"Bavariya" qərarını verdi
Millimiz Bolqarıstana uduzdu
İki güləşçimiz İslamiadanın finalında
Elxan Abdullayevdən 1:6 hesablı məğlubiyyətə şərh
"Şahdağ Qusar" iki transfer etdi
"Prezident seçilsəm, ilk işim Messiyə zəng etmək olacaq"
Konte qayıtdı, fırtına səngidi
Kurtuaya görə 3 ən yaxşı qapıçı