"Birinci hissəyə yaxşı başlamadıq. "Ayaks" daha çox enerjili idi. Onlara qarşı oynamaq çətin idi. Qol buraxdıqdan sonra öz oyunumuzu oynamağa başladıq. Sissokonun meydana daxil olması oyunumuzu daha da hərəkətli etdi".
Qol.az-ın məlumatına görə, bu sözləri "Tottenhem"in baş məşqçisi Maurisio Poçettino Çempionlar Liqasının yarımfinalında evdə "Ayaks"a 0:1 hesabı ilə uduzduqları oyundan sonra deyib.
"İkinci hissədə daha yaxşı oynadıq və qol epizodları yaratmağa başladıq. Bərabər səviyyəli oyun idi. Amsterdamda qalib gələcəyimizə inanmalıyıq" - deyə o bildirib.
Argentinalı mütəxəssis oyunun startında seçdiyi sxemlərin səhv olduğunu qəbul edib: "İndi oyunu qiymətləndirərək deyə bilərəm ki, bizim 5 müdafiəçi ilə oynamağımız səhv idi. Amma bizdə çox variant yox idi. Fərqli bir şəkildə başlasaydıq, nələr olacağını bilmirəm".
O, daha sonra bildirib: "Mən məmnun deyiləm. Enerjimiz aşağı idi. Bu komandanın baş məşqçisi mənəm və nəticəyə görə məsuliyyət daşıyıram".
Tarixində ilk dəfə dünya çempionatında oynayacaq
Ukrayna - Azərbaycan: Heyətlər
Cordan Pikford “Everton”da qalır
Ərəblər İkardi üçün hərəkətə keçdi
İspaniya – Bolqarıstan matçında iştirak etməyəcək
Yankoviçin durumu necədir?
Haaland “Real”a keçir?
Ötən ayın ən yaxşısı seçildi
2-ci liqada 5-ci tura start verildi
PFL-in direktoru Avroliqa matçına təyinat aldı
Azərbaycanlı FİFA referisi Avropa çempionatının oyunlarında
Laporta: "Messi ilə münasibətlərimiz yaxşılaşır"
Superliqa klubunda yeni baş məşqçi
"Barselona"da itki: La Liqa və ÇL oyunlarını buraxacaq
Sabiq "Arsenal"lı baş məşqçi oldu
1-ci liqada 5 oyunun hakimləri
38 yaşlı Messi bombardirlər siyahısında liderdir
Finallisima: harada və nə vaxt?
Zidandan məşqçilik karyerası haqda açıqlama
“Bodo-Glimt”in qapıçısı Rusiya millisindən imtina edib
Balıqçı balığını tutur, çoban qoyununu otarır…
PSJ-nin futbolçu Azərbaycan millisi haqda nə dedi?
Daha bir komanda DÇ-2026-da
"Araz-Naxçıvan"ın ÇL oyunlarının hakimləri
Millimizin heyətində dəyişiklik
Niderlanddakı qol yağışı - Video
Niderlanddan darmadağın, Farer adaları Çexiyanı da uddu
Millimiz Krakovda məşqə çıxdı - Şəkillər